Elman Rüstəmov: "Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir"

Elman Rüstəmov: "Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir"
# 01 iyun 2020 15:48 (UTC +04:00)

"Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir. Bu bankların kredit portfeli isə 1,217 mlrd. manatdır, ADİF bu vəsaitin yığımını həyata keçirəcək".

"APA-Economics"in məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu vəsaitin 200 mln. manatı Əmanətlərin sığortalanması Fondunun (ADİF) vəsaitləri hesabına, 480 mln. manatı isə AMB-dən dövlət zəmanəti ilə kredit şəklində veriləcək: “Artıq Maliyyə Nazirliyinə müraciət edilib. Qısa müddətdə vəsait veriləcək”.

E. Rüstəmov onu da bildirib ki, əmanətlərin bir qismi valyutadadır və AMB bununla bağlı üzərinə öhdəlik götürüb: "Təxminən 200 mln. valyuta formasında veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR