Elman Rüstəmov: "Büdcə kəsirinin maliyyələşmə dayanıqlılığının itirilməsi problemi ilə qarşılaşırıq"

Elman Rüstəmov: "Büdcə kəsirinin maliyyələşmə dayanıqlılığının itirilməsi problemi ilə qarşılaşırıq"
# 23 dekabr 2020 12:40 (UTC +04:00)

“2021-ci ilin dövlət büdcəsində büdcə kəsiri artır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, son illərdə büdcə kəsrinin artması prosesi davam edir: “Büdcə kəsirinin maliyyələşmə dayanıqlılığının itirməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, artıq qeyd etdiyimiz kimi, qeyri-müəyyənliklər, bərpa işləri ilə bağlı görəcəyimiz işlər ortamüddətli dövrdə proqnozlaşdırılır. Bu, bizim ortamüddətli proqramımıza ciddi təsir göstərəcək. İndiki reallıqlar, xüsusilə neft reallıqları tələb edir ki, rejimdən çıxmağımızı, daha yığcam rejimə keçidimizi, yeni büdcə qaydalarına qayıdışı, büdcə dayanıqlılığını, makroiqtisadi dayanıqlılığı təmin edə bilək. İqtisadi Şurada müzakirə edilmiş “Böyük Qayıdış”la bağlı konsepsiyanın ayrı-ayrılıq həyata keçirilməsi məqsədəuyğundur. İşlərin tempindən və miqyasından asılı olaraq bunun həll olunması bizim üçün ən böyük çağırışlardan biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR