Elman Rüstəmov: "Mərkəzi Bank yeni binasını öz hesabına tikəcək"

Elman Rüstəmov: "Mərkəzi Bank yeni binasını öz hesabına tikəcək"
# 29 yanvar 2021 15:27 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni binanı öz hesabına tikəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7,8 mlrd. manat vəsait köçürüb, 2021-ci ildə isə 256 mln. manat köçürməyi nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin "Tekfen Holding" şirkəti tərəfində inşa ediləcək. Tikinti işləri 5 ilədək müddəti əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR