Elman Rüstəmov: “Qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb”

Elman Rüstəmov: “Qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb”
# 24 dekabr 2020 12:17 (UTC +04:00)

“Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

MB sədri bildirib ki, cari ildə uçot dərəcəsi endirilib: “2018-ci ildən bəri iqtisadiyyata pul təklifi 50%-dən çox artıb. Bu da ödəniş sisteminin fasiləsiz işinin təmin olunmasına şərait yaradıb. Kredit faizləri 5,5% düşüb. Cari ildə bank sektorunun sağlamlaşdırılması üçün radikal addımlar atılıb, 4 bank bağlanıb. Bağlanmış banklar nəzərə alınmaqla, banklarda istehlak kreditləri azalsa da, biznes və ipoteka kreditləri artıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR