"Engie"nin gəlirləri 8,5% azalıb

"Engie"nin gəlirləri 8,5% azalıb
# 13 noyabr 2020 13:20 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Avropanın ən böyük enerji şirkətlərindən biri sayılan Fransanın "Engie" şirkətinin gəlirləri illik nisbətdə 8,5% azalaraq 39,6 mlrd. avro təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin dərc etdiyi maliyyə hesabatında deyilir.

Qeyd edək ki, "Engie" yanvar-sentyabr üzrə xalis mənfəət göstəricilərini təqdim etməyib.

Hesabat dövründə şirkətin əməliyyat mənfəəti illik müqayisədə 27,9% azalaraq 2,8 mlrd. avroya enib. EBIDTA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13% azalaraq 6,2 mlrd. avro təşkil edib.

Şirkət sentyabr ayının sonuna xalis borcunun 2019-cu ilin sonuna nisbətən 0,2 mlrd. avro azalaraq 25,7 mlrd. avro olduğunu qeyd edir.

Cari ilin sonunda "Engie" xalis mənfəətin 1,7-1,9 mlrd. avro, EBIDTA üzrə göstəricinin isə 9-9,2 mlrd. avro səviyyəsində olacağını proqnozlaşdırır. Kapital xərcləri ilin sonunadək 7,5-8 mlrd. avro arasında olacaq.

Xatırladaq ki, "Engie" (əvvəlki adı "GdF Suez") elektrik enerjisi istehsalı, ötürülməsi və təchizatı, təbii qazın istehsalı, nəqli və təchizatı, eləcə də alternativ enerji mənbələri sahəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR