FAO: Qlobal ərzaq məhsullarının qiyməti altıaylıq maksimuma çatıb

FAO: Qlobal ərzaq məhsullarının qiyməti altıaylıq maksimuma çatıb
# 03 sentyabr 2020 15:07 (UTC +04:00)

Bu ilin avqust ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi orta hesabla 96,1 bənd təşkil edib ki, bu da ötən aya nisbətən 2% çoxdur və fevral ayından bəri ən yüksək göstəricidir.

"APA-Economics" xəbər verir ki, bu barədə FAO-nun məlumatında deyilir.

Bildirilib ki, avqustda bitki yağı qiymətləri indeksi aylıq 5,9% artıb, süd məhsullarının qiymətləri isə iyul ayı ilə müqayisədə dəyişməz olaraq qalıb – 102 bənd.

FAO-nun taxıl qiymətləri indeksi iyul ayı ilə müqayisədə 1,9%, illik müqayisədə isə 7% artıb. Qarğıdalı və sorqo qiymətləri indeksi kəskin artıb, düyü isə mövsümi qıtlıqla və Afrikada artan tələbin fonunda bahalaşıb. Sorqonun qiymətinin aylıq müqayisədə 8,6%, illik müqayisədə isə 33,4% artmasının səbəbi isə Çinin idxala tələbatının artması ilə bağlı olub.

FAO-nun açıqladığı şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən avqust ayında 6,7% artıb. Ət qiymətləri indeksi isə dəyişməz olaraq qalıb – 93,2 bənd. Bunun səbəb kimi, iribuynuzlu mal-qaraya olan aşağı idxalın Çinin donuz ətinin idxalına artan tələbatı tərəfindən kompensasiya olunması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR