"Fitch": ARDNF-in aktivlərinin həcmi yüksək səviyyədə qalacaq - PROQNOZ

"Fitch": ARDNF-in aktivlərinin həcmi yüksək səviyyədə qalacaq - PROQNOZ
# 22 iyul 2020 17:50 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi yüksək səviyyədə qalacaq və kredit ödəmə qabiliyyətini dəstəkləyəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin MDB və Qara Dəniz regionu ölkələri üzrə hesabatında deyilir.

Qeyd olunub ki, Azərbaycan və Qazaxıstan kimi ölkələr öz suveren fondları sayəsində maliyyə ehtiyaclarının böyük hissəsini qarşılaya biləcək. Regionun digər ölkələri – Ermənistan, Gürcüstan, Ukrayna və Özbəkistan isə ehtiyaclarını xarici maliyyələşdirmə hesabına ödəyə biləcəkləri gözlənilir. Rusiyanın Milli Rifah Fondunun vəsaitlərinin neft gəlirlərinin azalmasını kompensasiya etmək üçün istifadə ediləcəyi gözlənilsə də, ölkə maliyyələşdirmə ehtiyaclarını qarşılamaq üçün əsasən daxili bazarlara etibar edəcək.

Hesabatda həmçinin qeyd edilir ki, COVID-19 pandemiyası ölkələrin maliyyə ehtiyaclarını 2020-ci ildə ən yüksək səviyyəyə qaldıracaq. Lakin maliyyə siyasətinin təkmilləşdirilməsi, rəsmi maliyyələşdirmənin mövcudluğu, neft ixracatçılarının ehtiyatları və daxili bazarların gücləndirilməsi yaxın gələcək müddətində region ölkələrinin maliyyə ehtiyaclarını qarşılamağa kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR