"Fitch" Azərbaycan və regionun digər ölkələrinin bank sektoru üzrə proqnozunu açıqlayıb

"Fitch" Azərbaycan və regionun digər ölkələrinin bank sektoru üzrə proqnozunu açıqlayıb
  • Clock-gray 10:32
  • calendar-gray 26 Mart 2020

"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycan da daxil olmaqla Ukrayna, Rusiya, Qazaxıstan, Ermənistan, Belarus və Gürcüstanın bank sektorları üzrə proqnozunu “mənfi”yə dəyişib.

"APA-Economics"in "Fitch Ratings"ə istinadən verdiyi məlumata görə, agentlik proqnozu “mənfi”yə doğru dəyişməsini neftin ucuzlaşması və koronavirusun yayılması ilə əlaqədar sözügedən iqtisadiyyatlarda yaranan təzyiqlərlə əsaslandırır.

Özbəkistanın bank sektoru üçün proqnoz isə "sabit" olaraq saxlanıb. Bunun əsas səbəbi kimi, ölkənin bank sistemində dövlətə məxsus şirkətlərin və kreditorların üstünlük təşkil etməsi göstərilir.

Qeyd edək ki, hazırda agentlik regionda 84 bankın cari reytinqini dəyişməz olaraq saxlayır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date