"Fitch" "Boeing"in reytinqini endirib

"Fitch" "Boeing"in reytinqini endirib
# 29 oktyabr 2020 17:58 (UTC +04:00)

"Fitch Ratings" agentliyi "Boeing" korporasiyasının emitentin uzunmüddətli reytinqini "ВВВ" səviyyəsindən "ВВВ-"yə endirib. Reytinq üzrə proqnoz "mənfi"dir.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin azalması aerokosmik şirkətin COVID-19 pandemiyasının təsirlərindən "Fitch"in gözləntilərindən daha zəif templə bərpa olması, "737 МАХ" təyyarə modeli ilə bağlı təzyiqlərin saxlanılmasını və "Boeing"in maliyyə göstəricilərinin "ВВВ" reytinqinə uyğun səviyyəyə qaytarmaq çətin olacağını əks etdirir.

"Mənfi" proqnoz isə pandemiyanın aviasiya sektoruna təsiri və bəzi kommersiya təyyarə modelləri üçün istehsal templərinə olan təzyiqə görə davam edən qeyri-müəyyənliyi əks etdirir.

Qeyd edilir ki, reytinqin hazırkı səviyyəsi korporasiyasının güclü strateji mövqeyini, geniş şaxələndirilməsini, yüksək likvidliyi və çoxlu sayda sifarişləri dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR