"Fitch": Bu il SOCAR-ın birgə müəssisələrinə yatırılan investisiyalar 800 mln. dolları keçəcək

"Fitch": Bu il SOCAR-ın birgə müəssisələrinə yatırılan investisiyalar 800 mln. dolları keçəcək
# 20 aprel 2020 09:47 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2020-ci ildə SOCAR-ın öz birgə müəssisələrinə 800 mln. dollardan artıq investisiya yatıracağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, neft şirkətinin 2019-2022-ci illər ərzində kapital xərcləri 12 mlrd. dollardan artıq olacağı gözlənilir.

Agentlik güman edir ki, SOCAR-a dövlət tərəfindən olan dəstək bu dövr üzrə də davam edəcək.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) və emitentin təmin edilməmiş borc reytinqini "BB+" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

Reytinq üzrə proqnozun "mənfi"yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun "stabil"dən "mənfi"yə endirilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR