"Fitch" Gürcüstanın kredit reytinqini stabil saxlayıb

"Fitch" Gürcüstanın kredit reytinqini stabil saxlayıb
# 17 fevral 2020 17:33 (UTC +04:00)

"Fitch" reytinq agentliyi Gürcüstanın suveren kredit reytinqini "BB" səviyyəsində stabil saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.

Reytinq şirkətinin hesabatına görə, Gürcüstan iqtisadiyyatının güclü reytinq faktoru xarici şoklara dayanıqlı olması və 2019-cu ildə iqtisadi böyümənin proqnozlaşdırılandan daha yaxşı olması ilə əlaqədardır. Agentlik 2020-ci il üzrə Gürcüstan iqtisadiyyatının illik artım tempi üzrə proqnozunu 4,2% səviyyəsində müəyyənləşdirib.

Hesabatda qeyd edilib ki, Gürcüstanın əsas ticarət tərəfdaşları olan Azərbaycan, Rusiya və Türkiyənin iqtisadi böyüməsinin zəif olmasına baxmayaraq ölkənin ixracı artıb, ixrac bazarları genişləndirilib.

Agentlik 2020-ci ildə Gürcüstanın cari hesab defisitinin ÜDM-nin 4,1%-ni, 2021-ci ildə isə 4,2%-ni təşkil edəcəyini proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR