"Fitch" Hindistanın reytinq üzrə proqnozunu "mənfi"yə dəyişib

"Fitch" Hindistanın reytinq üzrə proqnozunu "mənfi"yə dəyişib
# 18 iyun 2020 12:37 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Hindistanın xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini (IDR) "BBB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin aşağı salınması COVID-19 pandemiyasının ölkənin iqtisadiyyatına ciddi zərbə vurması və bunun nəticəsi olaraq, 2021-ci ilin martında bitən maliyyə ilinin (Fİ21) yekunlarına əsasən, "Fitch"in Hindistanda ÜDM-in 5% azalması proqnozunu əks etdirir. Lakin agentlik ölkədə iqtisadiyyatın gələn maliyyə ilində il bərpa olaraq, 9,5% artacağını gözləyir.

Bundan əlavə, agentlik Hindistanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2021-ci maliyyə ilində 71%-dən 84,5%-ə artacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR