"Fitch" "Hyundai" və "Kia"nın reytinq üzrə proqnozunu endirib

"Fitch" "Hyundai" və "Kia"nın reytinq üzrə proqnozunu endirib
# 09 aprel 2020 11:52 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Hyundai Motor" və "Kia Motors Corporation" şirkətlərinin emitentin uzunmüddətli defolt reytinqini "BBB+" səviyyəsində təsdiq etsə də, reytinq üzrə proqnozu "stabil"dən "mənfi"yə dəyişib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqlər üzrə proqnozun "mənfi"yə dəyişməsi dünyada davam edən koronavirus pandemiyasının şirkətlərin əməliyyat göstəricilərinə və maliyyə vəziyyətinə mənfi təsir edəcəyini və gəlirliliyin gec bərpa olunacağını əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR