"Fitch" qlobal ÜDM üzrə proqnozunu yaxşılaşdırıb

"Fitch" qlobal ÜDM üzrə proqnozunu yaxşılaşdırıb
# 08 dekabr 2020 14:37 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq agentliyi bu il qlobal ÜDM-in azalması üzrə proqnozunu yaxşılaşdıraraq, gözləntilərini 4,4%-dən (sentyabr proqnozu) 3,7%-ə endirib.

"APA-Economics"in agentliyin "Global Economic Outlook" hesabatının dekabr buraxılışına istinadən verdiyi məlumata görə, bunun əsas səbəbləri kimi COVID-19-a qarşı peyvəndlər barəsində nikbin xəbərlər və ölkə iqtisadiyyatlarının gözləniləndən daha az təsirlənməsi göstərilir.

Bundan əlavə, agentlik 2021-ci il üçün iqtisadi artım üzrə gözləntilərini 5,2%-dən 5,3%-dək yüksəldib. 2022-ci ildə isə "Fitch" qlobal iqtisadiyyatın 4% (sentyabr proqnozu 3,6%) artacağını güman edir.

Dünyanın nəhəng iqtisadiyyatları sayılan Çin, ABŞ və Avrozona üzrə 2021-ci il üçün proqnozlar da dəyişib. Belə ki, agentliyin dekabr proqnozlarına əsasən, 2021-ci ildə Çində ÜDM 8% (əvvəlki proqnoz 7,7% artım), ABŞ-da isə 4,5% artacaq (əvvəlki proqnoz 4% artım). Lakin Avrozona üzrə proqnoz 5,5%-dən 4,7%-ə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR