"Forbes" top-menecerlərin ən yüksək məvacib aldığı sahələri açıqlayıb - TOP-10

"Forbes" top-menecerlərin ən yüksək məvacib aldığı sahələri açıqlayıb - TOP-10
# 27 noyabr 2020 12:30 (UTC +04:00)

ABŞ-ın "Forbes" jurnalı şirkət rəhbərlərinin ən yüksək əməkhaqqı aldığı sahələrin reytinqini hazırlayıb.

"APA-Economics"in jurnala istinadən verdiyi məlumata görə, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin rəhbərlərinin orta illik məvacibinin 15% azalaraq 2,79 mln. ABŞ dollarına enməsinə baxmayaraq, sözügedən sahənin direktorları və top-menecerləri ən yüksək maaşa malikdir. Jurnal qeyd edir ki, bu sahənin rəhbərliyindən sonra 2020-ci ildə ən yüksək məvacibli vəzifə ağır sənaye və telekommunikasiya şirkətlərinin top-menecerlərində olub.

İlk beşliyə kommersiya (1,05 mln. dollar) və investisiya banklarının (1,03 mln. dollar) rəhbərləri daxil olub. 2020-ci ildə orta əməkhaqqındakı ən böyük artım nəqliyyat şirkətləri (8%), ağır sənaye (5%), əczaçılıq (3%) və telekommunikasiya (2%) sektorlarında qeydə alınıb.

Altıncı yerə pərakəndə şəbəkələr (menecerlərin illik məvacibi 870 min dollar), yeddinci pilləyə nəqliyyat şirkətləri (820 min dollar), səkkizinci yerə isə inşaat və developer şirkətləri (670 min dollar) layiq görülüb. İstehlak malları istehsal edən şirkətlərin rəhbərləri 2020-ci ildə orta hesabla 560 min dollar, kənd təsərrüfatı holdinqlərinin top-menecerləri 510 min dollar, əczaçılıq şirkətlərinin direktorları isə ortalama 410 min dollar alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR