Fransa indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. dollar sərmayə yatırıb

Fransa indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. dollar sərmayə yatırıb
# 24 yanvar 2020 10:39 (UTC +04:00)

"Bu günədək Fransa Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları məbləğində yatırıb".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 45-dən çox Fransa şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və xidmət sahələrində fəaliyyət göstərir.

"Xüsusilə dördüncü sənaye inqilabı şəraitində Fransa şirkətlərinin Azərbaycana cəlb etməkdə, ölkədə onların sərmayəsinin yatırılmasına imkanlar var. Hazırda dünyanın 500 ən iri şirkəti 28-i Fransada yerləşir. Onlar müxtəlif sahələrdə dünya liderləridir və mən düşünürəm ki, Fransa şirkətləri ilə və sahibkarları ilə görüşlərin keçirilməsi Azərbaycana Fransa kapitalının axınını təmin etmək deməkdir. Digər tərəfdən isə bu Azərbaycana yeni texnologiyaların gətirilməsi və insan kapitalının inkişafı, yeni iş yerlərinin yaradılması, Azərbaycan İqtisadiyyatının rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılmasına dəstək verəcək", - deyə V. Qasımlı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR