Fransa iqtisadiyyatı bu il 11% azalacaq - PROQNOZ

Fransa iqtisadiyyatı bu il 11% azalacaq - PROQNOZ
  • Clock-gray 10:51
  • calendar-gray 02 İyun 2020

Bu il Fransa iqtisadiyyatının COVID-19 pandemiyası fonunda 11% azalacağı gözlənilir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Fransanın Maliyyə naziri Bruno Le Mer bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə ölkə əhalisinin sağlamlığını qorumaq üçün effektiv tədbirlər görüldü, lakin son üç aydır ölkə iqtisadiyyatı resessiyadadır. Nazir əlavə edib ki, bundan əvvəlki iqtisadi azalma üzrə proqnoz 8% idi.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin son proqnozuna görə, 2020-ci ildə Fransa iqtisadiyyatı 9% azalacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər