"General Motors"un xalis mənfəəti 4,5% azalıb

"General Motors"un xalis mənfəəti 4,5% azalıb
# 10 fevral 2021 17:45 (UTC +04:00)

ABŞ-ın avtomobil sənayesinin nəhəngi "General Motors"un (GM) xalis mənfəəti 2020-ci ildə illik ifadədə 4,5% azalaraq 6,427 mlrd. dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.

Qeyd olunur ki, şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti bir il əvvəlki 4,57 dollarla müqayisədə 4,33 dollar olub. Avtomobil nəhənginin ümumi gəliri 10,7% azalaraq 122,485 mlrd. dollar təşkil edib.

Dördüncü rübdə şirkət bir il əvvəl 194 mln. dollar zərərə qarşı 2,846 mlrd. dollar xalis mənfəət əldə edib. Səhm üzrə seyrəltilmiş mənfəət bir il əvvəlin dördüncü rübündə 0,16 dollar zərərlə müqayisədə 1,93 dollar, korrektə olunmuş mənfəət isə bir il əvvəl 0,05 dollara qarşı 1,93 dollar təşkil edib. Üç hesabat ayının gəliri 21,7% artaraq 37,518 mlrd. dollara çatıb.

Şirkətin 2020-ci ildəki satışları illik müqayisədə 11,5% azalaraq 6,829 mln. avtomobil təşkil edib. Şirkət ABŞ-da 2,547 mln. avtomobil realizə edib ki, bu da 2019-cu illə müqayisədə 11,8% azdır. Asiya-Sakit okean regionu, Orta Şərq və Afrikadakı satışlar 6,6% azalaraq 3,434 mln. avtomobil təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR