Gələn həftə "Royal Bank"ın kreditorlarına ödənişlər ediləcək

Gələn həftə "Royal Bank"ın kreditorlarına ödənişlər ediləcək
# 21 fevral 2020 16:49 (UTC +04:00)

Ləğv prosesində olan "Royal Bank" ASC-nin kreditorlarının növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 28 fevral 2020-ci il tarixindən etibarən başlanacaq.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR