Gələn il Azərbaycanda inflyasiya 3% səviyyəsində proqnozlaşdırılır

Gələn il Azərbaycanda inflyasiya 3% səviyyəsində proqnozlaşdırılır
# 21 dekabr 2020 13:31 (UTC +04:00)

Gələn il Azərbaycanda inflyasiyanın 3% səviyyəsində olacağı proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, ötən il olduğu kimi, məzənnə dayanıqlığının təmin olunmasına və inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına nail olunub.

Belə ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,7 manat təşkil edib.

Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən orta illik inflyasiyanın cari ilin sonunda 2,8%, 2021-ci ildə isə 3% səviyyəsində olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR