Gələn il İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 4,3 faiz artırılacaq

Gələn il İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 4,3 faiz artırılacaq
# 29 dekabr 2020 11:38 (UTC +04:00)

Azərbaycanın 2021-ci il dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat olacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR