Gələn il dövlət büdcəsinin sosialyönlü xərclərinin 5,3% artacağı proqnozlaşdırılır

Gələn il dövlət büdcəsinin sosialyönlü xərclərinin 5,3% artacağı proqnozlaşdırılır
# 23 dekabr 2020 14:21 (UTC +04:00)

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 11 111,9 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Gələn il üçün büdcə-vergi siyasətinin prioritet istiqamətləri ilə bağlı aparılan təhlilin nəticələrinə görə, gələn ildə büdcədə nəzərdə tutulan sosialyönlü xərcləri 2020-ci illə müqayisədə 563,8 mln. manat və ya 5,3% çoxdur.

Büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq sosialyönlü xərclərə əməyin ödənişləri, pensiya və müavinətləri, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR