Gələn il faiz dәhlizinin parametrlәrinə dair 8 qərar veriləcək

Gələn il faiz dәhlizinin parametrlәrinə dair 8 qərar veriləcək
# 29 dekabr 2020 10:36 (UTC +04:00)

Azərbaycanda 2021-ci ildә faiz dәhlizinin parametrlәrinә dair qәrarlar 8 dәfә veriləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir. Sözügedən qәrarlarının ictimaiyyәtә açıqlanması 29 yanvar, 19 mart, 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 29 yanvar, 30 aprel, 30 iyul vә 29 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

Xatırladaq ki, 2020-ci ildә də faiz dәhlizinin parametrlәri 8 dәfә müzakirә edilmiş, uçot dәrәcәsi mәrhәlәlәrlә 7,5%- dәn 6,25%-ә vә faiz dәhlizinin yuxarı hәddi 9,25%-dәn 6,75%-ә endirilib. Faiz dәhlizinin aşağı hәddi isә 5,75% sәviyyәsindә dәyişmәz saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR