Gələn il üçün DSMF-nin gəlir və xərcləri açıqlanıb

Gələn il üçün DSMF-nin gəlir və xərcləri açıqlanıb
# 21 dekabr 2020 13:35 (UTC +04:00)

Dövlət Sosial Müdafiəsi Fondunun dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon manat məbləğində proqnozlaşdırılır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR