"Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

"Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək
# 07 iyul 2020 11:40 (UTC +04:00)

"Deutsche Bank" Almaniya kreditorlarına bulud xidmətlərindən istifadə imkanı vermək və müştərilər üçün nəzərdə tutulan texnoloji maliyyə məhsullarında innovasiyaları təşviq etmək üçün “Google” şirkəti ilə strateji, uzunmüddətli əməkdaşlıq haqqında razılıq əldə edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bundan əvvəl "Deutsche Bank" "Google", "Microsoft" və "Amazon" şirkətlərinə bankın köhnəlmiş texnologiya şəbəkələrini əsaslı yeniləmək və təmir etmək üçün təkliflər göndərmişdi.

Sözügedən prosesə yaxın olan mənbə "Reuters"ə bildirib ki, "Deutsche Bank" "Google" ilə bu əməkdaşlıq 1 mlrd. avrodan çox gəlir gətirəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR