Gürcüstan Azərbaycana yerli istehsal məhsul ixracını artırıb

Gürcüstan Azərbaycana yerli istehsal məhsul ixracını artırıb
# 23 mart 2021 11:22 (UTC +04:00)

Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 12.8 mln. ABŞ dolları dəyərində yerli istehsal mal və məhsullar ixrac edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac illik ifadədə 18% artaraq ölkənin ümumi ixracının 3.5%-ni təşkil edib. 2020-ci ilin ilk iki ayı ərzində isə Gürcüstan Azərbaycana 10.9 mln. dollar dəyərində yerli istehsal mal və məhsullar ixrac edib.

2021-ci ildə Gürcüstanın ümumilikdə yerli istehsal mal və məhsullar ixracı illik ifadədə 6.8% azalaraq 369 mln. dollara bərabər olub. Yerli istehsal məhsulların ixracının ölkənin ümumi ixracındakı payı isə illik müqayisədə 7.9% artaraq 74.6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR