Gürcüstan Azərbaycandan sement idxalını ötən il 29% artırıb

Gürcüstan Azərbaycandan sement idxalını ötən il 29% artırıb
# 22 yanvar 2020 16:15 (UTC +04:00)

2019-cu ildə Gürcüstan Azərbaycandan 23 858,0 min ABŞ dolları dəyərində 444 836,3 ton sement idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Qeyd olunub ki, idxal edilən sementin həcmi əvvəlki illə müqayisədə 28% və ya 97 495,3 ton, dəyəri isə 29,1% və ya 5 386,8 min dollar artıb. Belə ki, 2018-ci ildə Gürcüstanın Azərbaycandan sement idxalının ümumi həcmi 347 341,0 ton, dəyəri isə 18 471,2 min dollar təşkil edib.

Statistika İdarəsindən həmçinin bildirilib ki, hesabat ilində Gürcüstan Azərbaycandan 16 842,9 min dollar dəyərində 36 370,2 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar idxal edib ki, bu əvvəlki illə müqayisədə 72% və ya 15 232,5 ton çoxdur. 2018-ci ildə Gürcüstan Azərbaycandan dəyəri 11 360,9 min dollar olan 21 137,7 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR