Gürcüstan ÜDM-i bu il 4%-dək arta bilər

Gürcüstan ÜDM-i bu il 4%-dək arta bilər
# 03 fevral 2021 12:57 (UTC +04:00)

Turizm bərpa edilmədiyi təqdirdə 2021-ci ildə Gürcüstanın iqtisadi artımı 1% təşkil edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze belə deyib.

Onun sözlərinə görə epidemioloji vəziyyət yaxşılaşacağı təqdirdə cari ilin ikinci yarısında turizm sektorunun bərpası ilə iqtisadi böyümə 4%-dək yüksələ bilər.

K. Qvenetadze bildirib ki, ilkin hesablamalara əsasən, pandemiya səbəbindən Gürcüstan iqtisadiyyatı 2020-ci ildə 6,1% azalacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR