Gürcüstan iqtisadiyyatı pandemiyaya görə gələn il 800 mln. dollar itirəcək

Gürcüstan iqtisadiyyatı pandemiyaya görə gələn il 800 mln. dollar itirəcək
# 29 dekabr 2020 12:54 (UTC +04:00)

2021-ci ildə Gürcüstan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 800 mln. ABŞ dolları itirəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib.

O bildirib ki, pandemiya səbəbindən ölkə iqtisadiyyatının 10%-ni təşkil edən turizm sektoru ciddi zərbə alıb. Belə ki, 2019-cu ildə 3,3 mlrd. dollar olan turizm gəlirlərinin bu il 90% azalması gözlənilir.

Nazirin sözlərinə görə ötən il 3,8 mlrd. dollar təşkil edən ölkə ixracatı bu il 10% azalacaq.

İ. Maçavariani onu da qeyd edib ki, pandemiya səbəbindən yalnız bu iki sektordan Gürcüstan iqtisadiyyatı 3 mlrd. dollardan çox zərər görüb. Bu il Gürcüstana edilən birbaşa xarici investisiyaların həcmi isə 400 mln. dollar və ya 30% azalması gözlənilir. Bundan başqa ölkənin mənfi ticarət balansı pisləşərək 2 mlrd. dollara çatıb.

Nazir qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun sonuncu proqnozuna görə, ticarət tarazlığının pozulması və ölkəyə birbaşa xarici investisiya qoyuluşunun azalması nəticəsində Gürcüstan iqtisadiyyatı bu il 1,2 mlrd. dollar, gələn il isə 800 mln. dollar itirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR