Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Gürcüstanın Azərbaycana borcu açıqlanıb
# 16 mart 2021 13:36 (UTC +04:00)

Bu ilin 28 fevral tarixində Gürcüstanın Azərbaycana olan borcu 5,54 mln. ABŞ dollarına bərabər olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, fevralın 28-nə olan göstəriciyə əsasən Gürcüstanın Azərbaycana borcu ötən ilin eyni dövrü ilə müqayisədə 0,75 mln. dollar və ya 11,9% azdır. Ötən ilin 29 fevralında Gürcüstanın Azərbaycana borcu 6,29 mln. dollar təşkil edib.

Hazırda Gürcüstanın ümumi xarici borcu 7 825 385 min ABŞ dolları təşkil edir. Bunun 7 452 613 min dolları hökumətin, 372 771 min dollar isə Milli Bankının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR