Gürcüstanın Azərbaycana dövlət borcu açıqlanıb

Gürcüstanın Azərbaycana dövlət borcu açıqlanıb
  • Clock-gray 16:37
  • calendar-gray 15 May 2020

Bu ilin 30 aprel tarixində Gürcüstanın Azərbaycana olan borcu 6 291 min ABŞ dollarına bərabər olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Aprelin 30-na olan göstəriciyə əsasən, Gürcüstanın Azərbaycana borcu aylıq müqayisədə dəyişməyib.

Hesabat dövründə Gürcüstanın ümumi xarici borcu isə 5 688 261 min ABŞ dolları təşkil edib ki, bu məbləğ aylıq müqayisədə 713 min dollar çoxdur. Qonşu ölkənin xarici borcunun 5 443 022 min dolları hökumətin payına düşüb. Gürcüstan Milli Bankının xarici borcu isə 245 952 min dollar təşkil edib. Məlumata əsasən Gürcüstanın çoxtərəfli kreditorlara xarici borcu 3 901 835 min dollara bərabər olub.

Hazırda Gürcüstanın Asiya İnkişaf Bankına 405 864  min dollar, Avropa Yenidənqurma və İnkişaf Bankına 128 198 min dollar, Avropa İttifaqına 41 222 min dollar həcmində borcu var. Ölkələr üzrə isə Gürcüstan ən böyük həcmdə borcu Almaniyaya yaranıb – 366 443 min dollar.

Səid Babazadə

Digər xəbərlər