Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 10% azalıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 10% azalıb
# 19 noyabr 2020 11:16 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 746 297,7 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,5% və ya 87 827,1 min dollar azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 381 702,6 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 10,5% azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 5,9%-ni təşkil edib.

Yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycana ixracı isə 364 595,1 min dollara bərabər olub. Bu, əvvəlki illə müqayisədə 10,5% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13,4%-ni təşkil edib.

Nəticədə, Gürcüstanın 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla ticarət dövriyyəsində 17 107,5 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 10% azdır. Belə ki, ötən ilin analoji dövründə mənfi saldo 19 037,8 min dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR