Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb
  • Clock-gray 11:29
  • calendar-gray 19 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 670 048,4 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,9% və ya 90 507,9 min dollar azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 342 184,5 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 14,3% azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 6%-ni təşkil edib.

Yanvar-sentyabr aylarında Gürcüstanın Azərbaycana ixracı isə 327 863,9 min dollara bərabər olub. Bu, əvvəlki illə müqayisədə 9,3% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13,6%-ni təşkil edib.

Nəticədə, Gürcüstanın 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla ticarət dövriyyəsində 14 620,6 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 2,6 dəfə azdır. Belə ki, ötən ilin analoji dövründə mənfi saldo 37 758,9 min dollara bərabər olub.

Səid Babazadə

Digər xəbərlər