Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 33% azalıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 33% azalıb
  • Clock-gray 12:38
  • calendar-gray 19 Mart 2020

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 225 985,7 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 41 725,5 min dollar və ya 22,6% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 135 709,3

min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 9 861,0 min dollar və ya  7,8% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə 31 864,5 min dollar və ya 54,5% artaraq 90 276,4 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk iki ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 45 432,9 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 32,6% azdır.

Səid Babazadə

Digər xəbərlər