Gürcüstanın ÜDM-i bu il 6% azalacaq - PROQNOZ

Gürcüstanın ÜDM-i bu il 6% azalacaq - PROQNOZ
# 24 dekabr 2020 11:37 (UTC +04:00)

2020-ci ildə Gürcüstan iqtisadiyyatı 6% kiçiləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə sərmayə bankçılığı və investisiya idarəetməsi şirkəti “Galt&Taggart”ın yenilənmiş proqnozunda deyilir.

Bildirilib ki, növbəti ildə ölkə iqtisadiyyatının 5-5,5%-dək böyüməsi gözlənilir. Şirkət daha əvvəl cari ildə Gürcüstanın ÜDM-nin 5,5% azalacağını proqnozlaşdırırdı. 2021-ci ildə turizm sektorunun isə təxminən 50% bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən, 2020-ci ilin ilk 10 ayı ərzində ölkə iqtisadiyyatı orta hesabla 5,1% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR