Gürcüstanın avtomobil ixracının 30%-i Azərbaycanın payına düşüb

Gürcüstanın avtomobil ixracının 30%-i Azərbaycanın payına düşüb
# 20 yanvar 2021 12:16 (UTC +04:00)

2020-ci ildə Gürcüstan Azərbaycana 226,384.78 min ABŞ dolları dəyərində 23 348 ədəd minik avtomobili ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Hesabat ilində Azərbaycana ixrac edilən avtomobillərin ümmumi dəyəri 2019-cu illə müqayisədə 32 694.52 min dollar və ya 12.6%, sayı isə 898 ədəd və ya 3.7% azalıb. Belə ki, Gürcüstan 2019-cu ildə Azərbaycana 24 246 ədəd minik avtomobili ixrac edib ki, bunun da ümumi dəyəri 259,079.30 min dollar təşkil edib.

Ötən il Gürcüstan ümumilikdə 759 478.1 min ABŞ dolları dəyərində avtomobil ixrac edib ki, bu da illik müqayisədə 31.4% azdır. Hesabat dövründə Gürcüstanın avtomobil ixracının 29.8%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR