Gürcüstanın məcmu xarici borcu 20 mlrd. dolları ötüb

Gürcüstanın məcmu xarici borcu 20 mlrd. dolları ötüb
# 30 mart 2021 12:35 (UTC +04:00)

2020-ci ilin sonuna olan göstəriciyə əsasən, Gürcüstanın məcmu xarici borcu 20,3 mlrd. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Milli Bankının hesabatında deyilir.

Bildirilib ki, bu göstərici ölkənin ÜDM-nin 127,7%-nə bərabər olub. Təkcə ötən ilin IV rübündə isə ölkənin məcmu xarici borcunun həcmi 640,1 mln. dollar artıb. Bunun 328,3 mln. dolları əməliyyatlar, 276,4 mln. dolları ABŞ-ın milli valyutasının bahalaşması, 34,1 mln. dolları isə qiymət artımı səbəbindən baş verib.

Hesabata görə, dövlət sektorunun xarici borcu 9,7 mlrd. dollar (ÜDM-nin 61,3%-i), o cümlədən hökumətin xarici borcu 7,4 mlrd. dollar (ÜDM-nin 46,8%-i) təşkil edib. Gürcüstanın bank sektorunun xarici borcu isə 4,4 mlrd. dollar təşkil edib (ÜDM-nin 27,7%-i). Gürcüstan Milli Bankının xarici öhdəlikləri 583,2 mln. dollar olub, digər sektorların xarici borcu isə 4,4 mlrd. dollara bərabər olub.

31 dekabr 2020-ci il tarixinə olan göstəriciyə əsasən, Gürcüstanın xalis xarici borcu 12,2 mlrd. dollar təşkil edib ki, bu da ÜDM-nin 77%-nə bərabər olub. Dövlət sektorunun xalis xarici borcu 5,8 mlrd. dollar təşkil edib (ÜDM-nin 36,5%-i).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR