Gürcüstanın mənfi ticarət saldosu 1,1 mlrd. dolları ötüb

Gürcüstanın mənfi ticarət saldosu 1,1 mlrd. dolları ötüb
# 13 aprel 2021 11:14 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 0,3% azalaraq 2 773,5 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, cari ilin I rübündə ölkənin ixracı illik müqayisədə 5,3% artaraq 821,1 mln. dollara çatıb, idxal isə 2,4% azalaraq 1 952,4 mln. dollar təşkil edib. Hesabat dövründə ölkənin mənfi ticarət saldosu 1 131,4 mln. dollar təşkil edib ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 40,8%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR