Gürcüstanın mənfi ticarət saldosu 3,7 mlrd. dolları ötüb

Gürcüstanın mənfi ticarət saldosu 3,7 mlrd. dolları ötüb
# 13 noyabr 2020 11:17 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 9 159,5 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Qeyd olunub ki, bu göstərici illik müqayisədə 15% azalıb. Hesabat dövründə Gürcüstanın ixracı 11,1% azalaraq 2 715,3 mln. dollar, idxal isə 16,6% azalaraq 6 444,2 mln. dollar təşkil edib.

Hesabat dövründə Gürcüstanın mənfi ticarət saldosu 3 728,9 mln. dollar təşkil edib ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 40,7%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR