Gürcüstanın xarici ticarət dövriyyəsi 12% azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 12% azalıb
# 15 mart 2021 11:05 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 12% azalaraq 1 654,0 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatda qeyd olunub.

Bildirilir ki, cari ilin ilk iki ayı ərzində ölkənin ixracı illik müqayisədə 6,8% azalaraq 494,7 mln. dollar, idxal isə 14,1% azalaraq 1 159,3 mln. dollar təşkil edib. Hesabat dövründə Gürcüstanın mənfi ticarət saldosu 664,6 mln. dollar təşkil edib ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 40,2%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR