Gürcüstanın xarici ticarət dövriyyəsi 12%-ə yaxın azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 12%-ə yaxın azalıb
# 13 may 2020 11:08 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 11,8% azalaraq 463,5 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Qeyd olunur ki, hesabat dövründə ixrac 11,9% azalaraq 1 001,3 mln. dollar, idxal isə 11,8% azalaraq 2 462,2 mln. dollar təşkil edib. Hesabat dövründə Gürcüstanın mənfi ticarət saldosu 1 460,8 mln. dollar təşkil edib ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 42,2%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR