Gürcüstanın yerli məhsullarının Azərbaycana ixracı yanvarda 60% azalıb

Gürcüstanın yerli məhsullarının Azərbaycana ixracı yanvarda 60% azalıb
# 19 fevral 2020 12:52 (UTC +04:00)

Bu ilin yanvarında Gürcüstan Azərbaycana 3,8 mln. ABŞ dolları həcmində yerli istehsal məhsulları ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 59,8% azdır. Hesabat dövründə Azərbaycana ixrac Gürcüstanın ümumi yerli məhsullar ixracının 2,2%-ni təşkil edib. Ötən ilin yanvarında isə Gürcüstanın Azərbaycana bu kateqoriya üzrə məhsul ixracı 9,5 mln. dollar təşkil edib və ümumi ixracda payı 6%-ə bərabər olub.

Cari ilin yanvarında Gürcüstan ən çox yerli məhsulu Çinə ixrac edib (43,3 mln. dollar). Hesabat dövründə ixracın ümumi həcmi isə 177,1 mln. dollara bərabər olub ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 12,4% çoxdur. Hesabat dövründə yerli məhsulların ixracı Gürcüstanın ümumi ixracının 67,4%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR