HP-nin xalis mənfəəti 10%-dək azalıb

HP-nin xalis mənfəəti 10%-dək azalıb
  • Clock-gray 13:45
  • calendar-gray 25 Noyabr 2020

Oktyabrın 31-də bitən 2019-2020 maliyyə ilində ABŞ-ın "HP Inc." şirkətinin xalis mənfəəti 2,844 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 9,8% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunub ki, hesabat dövründə səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 2,07 dollara qarşı 2 dollar təşkil edib. Şirkətin gəlirləri isə 3,6% azalaraq 56,639 mlrd. dollara enib.

Maliyyə ilinin IV rübündə HP-nin xalis mənfəəti ötən ilin eyni rübü ilə müqayisədə 70% artaraq 668 mln. dollara yüksəlib. Səhm üzrə seyrəltilmiş mənfəət 0,49 dollar olub, ötən ilin IV rübündə bu göstərici 0,26 dollara bərabər idi. Hesabat dövründə şirkətin gəlirləri 0,9% azalaraq 15,258 mlrd. dollar təşkil edib, halbuki analitiklər rüblük gəlirin 14,61 mlrd. dollar olacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın "HP Inc." informasiya texnologiyaları şirkəti 2015-ci ildə "Hewlett-Packar"dın ayrılması prosesində yaradılıb. 2014-cü ilin noyabr ayında "Hewlett-Packard" rəqabət qabiliyyətini qorumaq məqsədilə iki şirkətə ayrıldığını elan etmişdi. Texnologiya infrastrukturu, proqram təminatı və xidmətlər "Hewlett-Packard Enterprise Co."ya, fərdi hesablama sistemləri və yazılı media üçün vəsaitlərin hazırlanması isə "HP Inc."ə daxil oldu.

APA-Economics

Digər xəbərlər