HSBC-nin xalis mənfəəti 35%-dək azalıb

HSBC-nin xalis mənfəəti 35%-dək azalıb
# 23 fevral 2021 17:40 (UTC +04:00)

Böyük Britaniya və Honkonqun birgə bank qrupu olan "HSBC Holdings plc"nin 2020-ci ildə səhmdarlara aid olan xalis mənfəəti illik ifadədə 34,7% azalaraq 3,898 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə bankın maliyyə hesabatında deyilir.

Ötən il bankın xalis faiz gəlirləri 9,5% azalaraq 27,578 mlrd. dollara bərabər olub. Səhm üzrə seyrəltilmiş mənfəət 2019-cu ildəki 0,3 dollardan 0,19 dollara enib. Bank qrupunun il üzrə gəliri 10,1% azalaraq 50,429 mlrd. dollar olub.

Ötən ilin IV rübünün nəticələrinə görə, bank bir il əvvəlki 5,5 mlrd. dollarlıq zərərə qarşı 562 mln. dollar mənfəət əldə edib. Xalis faiz gəlirləri 13,5% azalaraq 6,619 mlrd. dollar təşkil edib. Səhm üzrə seyrəltilmiş mənfəət bir il əvvəlki 0,27 dollar zərərə qarşı 0,03 dollar olub. Rüblük gəlir 12% azalaraq 11,757 mlrd. dollara düşüb.

Xatırladaq ki, "HSBC Holdings plc" qrupu 1990-cı ildə 1865-ci ildən bəri fəaliyyət göstərən HSBC bankının ("Hongkong and Shanghai Banking Corporation") fəaliyyətinə nəzarət etmək üçün yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR