Hesablama Palatası ötən il 130,3 mln. manatlıq pozuntu aşkarlayıb

Hesablama Palatası ötən il 130,3 mln. manatlıq pozuntu aşkarlayıb
  • Clock-gray 13:11
  • calendar-gray 05 Aprel 2021

Hesablama Palatası tərəfindən 2020-ci ildə aparılmış nəzarət tədbirləri ilə aşkar edilmiş pozuntuların 130,3 mln. manat məbləğində olduğu müəyyən edilib.

APA-nın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, hesabat ilinin İş planı ilə başa çatdırılmış auditlərin nəticəsi əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 55,2 mln. manat məbləğində vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyənləşib. Həmin məbləğin 51,9 mln. manatının bərpası, o cümlədən 51,1 mln. manatının pul ifadəsində bərpası təmin edilib. Qalan 3257,0 min manatın, o cümlədən hesabat tərtib edildikdə nəticələrinə baxılmış 5 audit üzrə vəsaitlərin bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti hesabata daxil ediləcək.

Qeyd edək ki, həmin məbləğin 80,0%-dən çoxu artıq və əsasız ödənilmiş əmək haqqı, müavinət və bu kimi digər sosial ödənişləri əhatə edir ki, bunun da tam olaraq bərpası qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaqla müəyyən zaman tələb edir.

Beləliklə, 130,3 mln. manat nöqsanlarla icra edilmiş məbləğin 42,4%-nin bərpası ilə bağlı qərar qəbul edilib və bu məbləğin 94,0%-nin icrası 2020-ci ildə təmin olunub.

Firuzə Vahid

Digər xəbərlər