Hesablama Palatası xərclər smetası üzrə proqnozu 82% icra edib

Hesablama Palatası xərclər smetası üzrə proqnozu 82% icra edib
# 05 aprel 2021 12:57 (UTC +04:00)

2020-ci ilin Azərbaycanın dövlət büdcəsində Hesablama Palatası üçün nəzərdə tutulmuş vəsait 8 916,2 min manat təşkil edib ki, həmin vəsaitdən cəmi 7 331,8 min manat istifadə olunub.

APA-Economics”in məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir. Qeyd edilir ki, Palatanın xərclər smetası üzrə nəzərdə tutulmuş proqnoz 82,2% səviyyəsində icra edilib.

Hesablama Palatasının icra etdiyi cəmi xərclərin tərkibində dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə “Əməyin ödənişi” bölməsi 91,6%, “Malların (iş və xidmətlərin) satınalınması” bölməsi 4,9%, “Sosial ödənişlər” bölməsi 1,3% və “Qeyri-maliyyə aktivləri” bölməsi 2,2% xüsusi çəkiyə malik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR