Hesablama Palatasının ötən il apardığı nəzarət tədbirləri 9,3 mlrd. manatı əhatə edib

Hesablama Palatasının ötən il apardığı nəzarət tədbirləri 9,3 mlrd. manatı əhatə edib
# 05 aprel 2021 13:18 (UTC +04:00)

2020-ci ildə audit formasında aparılmış nəzarət tədbirləri ilə Hesablama Palatası ümumilikdə 9 279,1 mln. manat məbləğində vəsait əhatə edib.

APA-Economics”in məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir. Qeyd edilir ki, həmin vəsaitin nəzərəçarpacaq hissəsi (87,2%) 2019-cu ilin payına düşüb.

Əhatə edilmiş məbləğin auditin formaları üzrə bölgüsünə gəldikdə isə, qeyd edək ki, uyğunluq auditləri ilə əhatə edilmiş vəsaitin xüsusi çəkisi cəmi məbləğdə 97% təşkil edib.

Hesabata daxil edilmiş maliyyə və uyğunluq auditi növləri çərçivəsində dövlət büdcəsinin gəlirləri üzrə bir tədbir, dövlət vəsaitlərinin icrası üzrə isə 33 tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR