Hindistan MDB ölkələrinə ixracı artırmaq niyyətindədir

Hindistan MDB ölkələrinə ixracı artırmaq niyyətindədir
# 06 iyul 2020 11:10 (UTC +04:00)

İranın Çabahar dəniz limanını tranzitə hazır etməklə Hindistan artıq Pakistan və digər Asiya ölkələrini yan keçməklə Fars körfəzinə daxil olaraq məhsullarını bu limandan MDB ölkələrinə ixrac edə bilir.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Hindistanın Gəmiçilik naziri Şri Mansux L. Mandaviya bildirib ki, bu, logistik xərclərin 20%-dək azalmasına və tədarükün hiss olunacaq dərəcədə artımı ilə nəticələnəcək. Ölkə indiyə qədər MDB ölkələrinin bazarına yalnız Çin və Avropadan daxil ola bilirdi.

Qeyd edək ki, Çabahar limanının Azad Zona kimi inteqrasiyası İran Mühafizə Şurası tərəfindən 2020-ci ilin fevralında təsdiqlənib.

Xatırladaq bu ilin yanvar-may aylarında Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin həcmi 342,3 mln. ABŞ dolları (azalma – 36%) təşkil edib. Bunun da 57,5 mln. dolları (artım – 6%) Hindistandan idxal olan məhsulların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR