Hərracda AMB-nin notlarına tələb təklifi üstələyib

Hərracda AMB-nin notlarına tələb təklifi üstələyib
# 12 avqust 2020 14:57 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100783S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

APA-Economics”in birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.4782 AZN (6.74%) və 99.5158 AZN (6.26%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 629 353 300 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 09.09.2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR