"Hyundai Motor"un xalis zərəri ötən rüb 298 mln. dollar olub

"Hyundai Motor"un xalis zərəri ötən rüb 298 mln. dollar olub
  • Clock-gray 12:10
  • calendar-gray 26 Oktyabr 2020

Bu ilin III rübündə Cənubi Koreyanın "Hyundai Motor" şirkətinin səhmdarlara aid olduğu xalis zərəri 336,061 von (təxminən 298 mln. ABŞ dolları) təşkil edib. Halbuki ötən ilin analoji dövrünü şirkət 427 mlrd. von (378,7 mln. dollar) həcmində mənfəətlə başa vurmuşdu.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin dərc etdiyi hesabatda deyilir.

Qeyd olunub ki, ötən rübün nəticələrinə əsasən, şirkətin gəlirləri illik ifadədə 2,3% artaraq 27,576 trln. von (24,46 mlrd. dollar) təşkil edib. Əməliyyat zərəri bir il əvvəlki 378,52 mlrd. von (335,7 mln. dollar) mənfəətə qarşı ötən rüb 313,823 mlrd. von (278,4 mln. dollar) olub.

Cari ilin III rübündə "Hyundai Motor" 997 842 avtomobil satıb ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 9,6% azdır.

APA-Economics

Digər xəbərlər